Səudiyyə şahzadəsinin “Qazprom” və “Lukoyl”a 500 milyon dollar sərmayə qoyduğu ortaya çıxdı

img

Səudiyyə Ərəbistanının şahzadəsi əl-Valid ibn-Talal əl-Səud Rusiyanın Ukraynada hərbi əməliyyatı başlamazdan əvvəl Rusiya şirkətlərinin səhmlərinə 500 milyon dollardan çox sərmayə qoyub.

“Report” xəbər verir ki, bu barədə “Bloomberg” Səudiyyə Ərəbistanı birjasının saytına istinadən xəbər verir.

Şahzadəyə məxsus olan “Kingdom Holding Co” investisiya şirkəti fevral ayında “Qazprom”, “Lukoil” və “Rosneft” tərəfindən verilmiş depozitar qəbzləri alıb.

Aktivlərin əldə edildiyi konkret tarixlər bildirilməyib.

Qeyd olunur ki, bu şirkətlərin qiymətli kağızlarının dəyəri Rusiya hərbi əməliyyatı başlayandan sonra kəskin şəkildə aşağı düşüb. “Bloomberg”in məlumatına görə, Səudiyyə şirkəti hələ də aktivlərə sahib olub-olmaması ilə bağlı suala cavab verməyib.

Peşə etikası

Son xəbərlər