Trampın evindən Makronla bağlı məxfi sənədlər çıxdı

img

Federal Təhqiqatlar Bürosu (FTB) bu yaxınlarda ABŞ-ın keçmiş prezidenti Donald Trampın Floridadakı evində axtarış aparıb.

FTB agentləri Trampın evində çoxlu sayda “məxfi sənədlər” üzə çıxarıblar. Məlumata görə, FTB Trampın evindən 20 qutudan çox əşya ələ keçirib, onlardan bəziləri çox məxfidir. Bu sənədlərdəki bəzi maddələrin təhlükəsizlik xarakterli məlumatlarla bağlı olduğu da bildirilir. Mənbələrin bildirdiyinə görə, 11 ayrı məxfi sənədlər toplusundan 4-ü tam məxfi, 3-ü isə məxfi kimi qeyd edilib. Sənədlərin ən diqqət çəkəni isə Fransa prezidenti Emmanuel Makronla bağlı olanlar olub.

Qeyd edək ki, Trampın Casusluq Qanununa pozması ilə bağlı təhqiqat açan federal hökumət, ədalət mühakiməsinə mane olmaq və qeydlərin məhv edilməsi ilə bağlı cinayət araşdırması başladıb. Trampın əmlakından çıxarılan sənədlərin inventarına bir sıra fotoşəkillər və əlyazma qeydləri, həmçinin Fransa prezidenti Makronla bağlı materiallar daxildir.

Tahir TAĞIYEV

Peşə etikası

Son xəbərlər