Kissincerdən şok etiraf – ABŞ-ın səhvləri ucbatından Rusiya və Çinlə müharibənin astanasına gəldik

Qocaman siyasətçi Ukrayna üçün də həll yolu təklif etdi – Krım və Donbasın bir hissəsi Rusiyaya verilməlidir

img

Ağ Evin keçmiş milli təhlükəsizlik müşaviri və ABŞ dövlət katibi Henri Kissincer ABŞ-ın qismən də özünün yaratdığı problemlərə görə Rusiya və Çinlə müharibə astanasında olduğunu deyib.

“Necə bitəcəyi və hara aparacağı barədə heç bir fikrimiz olmadan qismən öz əlimizlə yaratdığımız problemlərdən dolayı Rusiya və Çinlə müharibə astanasına gəldik” - deyə 99 yaşlı keçmiş diplomat bildirib

Atılacaq yeganə addımın gərginliyi daha da artırmadan variantlar yaratmaq olduğunu deyən Kissenger bildirib ki, bunun üçün bir məqsəd olmalıdır.

Əvvəllər NATO üzvü olmayan və bitərəflik siyasətini həyata keçirən Finlandiyanın Ukrayna üçün ən yaxşı model olacağını xatırladan Kissincer, bu gün bu baxışın dəyişdiyini və Rusiyanın hərəkətləri səbəbindən “rəsmi və ya qeyri-rəsmi, Ukraynanın müharibə sonrası NATO üzvü olaraq görülməsi gərəkdiyini deyib.

Kissincer Ukrayna üçün həll yolu da təklif edib. Ona görə Krımın və Donbasın bir hissəsi Rusiyaya verilməlidir.

ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Tayvan səfərini də dəyərləndirən Kissincer deyib ki ABŞ Tayvan məsələsində diqqətli olmalıdır. O, 50 ildir davam edən sülh siyasətinin davam etdirilməsini tövsiyə edib.

Tahir TAĞIYEV

Peşə etikası

Son xəbərlər