Rusiya Ukraynanın daha bir yaşayış məntəqəsini ələ keçirdi

img

Rusiya silahlı qüvvələri Ukraynanın Xarkov vilayətinin Udı yaşayış məntəqəsini ələ keçirib.

“Report” xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bundan əlavə, Rusiya Aerokosmik Qüvvələrinin Ukrayna Silahlı Qüvvələrinin 63-cü mexanikləşdirilmiş briqadasının Xerson vilayətinin Belaya Krinisa və Beloqorka ərazilərindəki canlı qüvvəsi və hərbi texnikasının toplanmasına endirdiyi zərbələr nəticəsində 35 hərbi və 15 bölmə zirehli və avtomobil texnikası sıradan çıxarılıb.

Rusiya Müdafiə Nazirliyi qeyd edib ki, operativ-taktiki və ordu aviasiyası, raket qoşunları və artilleriya qüvvələrinin Ukrayna ərazisindəki hərbi obyektlərə zərbələri davam edir.

Peşə etikası

Son xəbərlər