İrəvanın mərkəzində güclü partlayış...

img

Ermənistanın paytaxtı İrəvanda topdansatış ticarət mərkəzində güclü partlayış baş verib. Trend xəbər verir ki, bu barədə Ermənistanın Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Məlumata əsasən, partlayışdan sonra yanğın başlayıb. İnsident nəticəsində xəsarət alanlar var.

Hadisə yerinə çox sayda yanğınsöndürən cəlb edilib.

“Report” yerli mətbuata istinadən xəbər verir ki, jadisənin hansı səbəbdən baş verdiyi, yaralıların dəqiq sayı açıqlanmır. Lakin bildirilir ki, dağıntılar altında xeyli insan qalıb. Partlayış zamanı ərazidəki mağazalara və avtomobillərə də ciddi ziyan dəyib. Əraziyə təcili tibbi yardım, hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.

Ərazini tüstü bürüyüb. Fövqəladə xidmətlər yerli sakinlərə evlərini tərk etməməyi məsləhət görüblər. Qeyd edilir ki, ikinci partlayış təhlükəsi var. 

Peşə etikası

Son xəbərlər