Rusiya-Ukrayna müharibəsinin 24-cü həftəsində tərəflərin hər ikisi çıxılmaz vəziyyətdə qalıb. Baki-xeber.com “Al Jazeera”-yə istinadən bildirir ki, Ukrayna tərəfi Xersona hücum əməliyyatı təşkil etsə də, hələ də ciddi uğur qazanmayıb. Rusiyanın isə Donetsk vilayətinin şərqinə olan hücumu, bütün gündəlik atışmaların olmasına baxmayaraq, dayanmış kimi görünür.
Hərbi ekspertlər tərəflərin bir-biri ilə effektiv döyüşdüklərini hesab edirlər. Yunan hərbi eksperti Panagiotis Qartzonikas “Al Jazeera” ə açıqlamasında belə deyib: “Rusların nə qədər əziyyət çəkdiklərini nəzərə alsaq, ən çox ümid edə biləcəkləri Donetskin qalan hissəni ələ keçirməkdir. Onların heç Odessanı belə ələ keçirmək qabiliyyətləri yoxdur”.
Ceyhun MİRZƏLİ