Yaponiyanın Avstraliyadakı səfiri Şinqo Yamaqami Çinin Tayvan ətrafındakı təlimlərinə münasibət bildirib. Baki-Xeber.com Avstraliyanın “9 news” kanalına istinadən bildirir ki, təlimlərdə Çinin ballistik raketlərdən istifadə etməsini səfir Şimali Koreyanın hərəkətlərinə uyğun davranış kimi qiymətləndirib. Səfir həmçinin bildirib ki, raketlərdən bəziləri Yaponiyanın iqtisadi zonasına düşüb. Jurnalistin bu təhlükəli hərəkətdirmi sualına cavabında səfir: “Əlbəttə. Söhbət sıx dəniz marşurutlarından gedir. Ona görə də, xəbərdarlıq edilmədən həmin sulara raketlər atılır” cavabını verib. Qeyd edək ki,Çinin davranışları qarşısında ABŞ və Yaponiya vaxtaşırı birgə dəniz təlimləri keçirirlər.
Ceyhun MİRZƏLİ