Çərşənbə günü partlayışlardan sonra Ukrayna tərəfi Rusiyanın Krımda doqquz təyyarəsinin məhv ediıdiyini elan edib. Baki-xeber.com “Al Jazeera”-ya istinadən məlumat verir ki, vurulmuş təyyarə peykdən görünüb. Rusiya tərəfi isə bu iddiaları rədd edir. Rusiya silah-sursat anbarında sadəcə partlayış olduğunu bildirir. Adının açıqlanmasını istəməyən ukraynalı rəsmi isə “The Washington Post-a” partlayışların Ukrayna xüsusi təyinatlıları tərəfindən həyata keçirildiyini bildirib.
Ceyhun MİRZƏLİ