Bazar ertəsi malikanəsinə MKİ tərəfindən basqın edilən keçmiş prezident Donald Tramp çərşənbə günü Nyu York istintaqına dəvət edilib. Baki-xeber.com “BBC News”-a istinadən bildirir ki, Tramp ailə biznesi təcrübələri ilə bağlı istintaqın suallarını cavablandırmayıb. Tramp istintaqın suallarını cavablandırmamaq üçün məhkəməyə müraciət etmişdi. Rəsmi orqanlar keçmiş prezidenti əlverişli kreditlər və vergi güzətləri ilə bağlı aidiyyəti orqanları aldatmaqda ittiham edirlər. Tramp sualları cavablandırmamasını belə əsaslandırıb: “Mən ABŞ Konustutsiyasına əsasən hər bir vətəndaşa verilən hüquq və imtiyaz çərçivəsində sualları cavablandırmaq imtina etmişəm.”
Ceyhun MİRZƏLİ