ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin bazar ertəsi eks-prezident Donald Trampın malikanəsinə basqın etməsi birmənalı qarşılanmayıb. Baki-xeber.com “Fox News”-a əsasən bildirir ki, 2024-cü ildə namizədliyini irəli sürmək istəyən D.Tramp üçün bu, yeni şanslar yaradır. Amerikadakı bəzi təhlilçilər bu fikrə gəliblər. Bu hücum D.Trampa respublikaçıların dəstəyini möhkəmləndirib. D.Tramp dövründə Ağ Ev sözçüsü olmuş Endi Surabian baş verənləri belə qiymətləndirib: “Basqınlardan tutmuş 6 yanvar dinləmələrinə qədər demokratların D.Trampa hücumları respublikaçı seçiciləri ona daha da yaxınlaşdırıb”. Respublikaçılar baş verənlərə görə Ədliyyə Departamentini həddini aşmaqda ittiham edib.
Xatırladaq ki, iddialara görə, D.Trampın əlindəki məxfi sənədləri Milli Arxivə təhvil verməməsi onun malikanəsinə hücumla nəticələnib. Lakin hələ ki, tam dolğun məlumat Amerika cəmiyyətinə çatdırılmayıb.
Ceyhun MİRZƏLİ