ABŞ dövlət katibi Entoni Blinkenin Afrika açıqlamalarından sonra Çin xarici işlər nazirliyinin sözçüsü Van Venbin qitə barədə danışıb. Baki-xeber.com “China Daily”-ə istinadən bildirir ki,V.Venbin Amerikanı ittiham edib. O, ABŞ-ı Afrikaya kömək etmək əvəzinə Çinlə qitə arasındakı münasibətləri korlamaq istəməkdə günahlandırıb. “ABŞ-ın nə etdiyinin əhəmiyyəti yoxdu, əsas odur ki, afrikalılar Afrika-Çin münasibətlərinə necə baxırlar”. Qeyd edək ki keçirilən sorğuların birində iştirak edən afrikalı gənclərin 76 faizi Çinin onların həyatına müsbət təsir etdiyini deyib.
Ceyhun MİRZƏLİ