Rusiyanın yeni hücumları fonunda Ukrayna prezidenti Volodimir Zelenski növbəti açıqlamalarını verib. Baki-xeber.com-un “BBC News”-a istinadən xəbərinə görə, V.Zelenski bildirib: “Unutmamalıyıq ki, Rusiyanın işğalı Krımın ilhaqı ilə başladı. Krım Ukraynanındır və biz ondan heç vaxt imtina etməyəcəyik”.
Rusiya tərəfi isə silah-sursat anbarının partlamasına görə Ukraynanı ittiham edib. Qarşı tərəf bu ittihamları rədd edib.
Ceyhun MİRZƏLİ