Bazar ertəsi açıqlamasında ABŞ dövlət katibi Entoni Blinken Afrika uğrunda ölkəsinin digər tərəfləri üstələmək niyyətində olmadığını bildirib. Baki-xeber.com “France 24”-ə istinadən bildirir ki, ABŞ rəsmilərinin Cənubi Afrikaya səfərindən sonra dövlət katibi qitə ilə bağlı yeni siyasətini açıqlayıb. Qeyd edək ki, bu səfər Rusiya Xarici işlər naziri Sergey Lavrovun Afrikaya gəlməsindən sonra baş tutub. ABŞ baş diplomatı cənubi afrikalı həmkarı Naledi Pandorla keçirdiyi mətbuat konfrasında Afrikanı böyük güclərin sonuncu rəqabət meydanı kimi görmədiyini bəyan edib. Xatırladaq ki, inkişaf etməkdə olan Cənubi Afrika Ukrayna müharibəsində tərəf tutmayan dövlətlərdən biridir.
Ceyhun MİRƏLİ