
ABŞ-ın eks prezidenti Donald Tramp Floridadakı evinə MKİ nümayəndələrinin basqın etdiyini, onun seyfini sındırdığını deyib. Baki-xeber.com “BBC News”-a istinadən bildirir ki, bazar ertəsindəki MKİ axtarışlarının D.Trampın şəxsi sənədlərilə bağlı olduğu bildirilir. Baş verənləri keçmiş prezident “Bu, millətimiz üçün qaranlıq dövrdü. Bundan öncə heç bir ABŞ prezidentinin başına bu işlər gəlməyib” kimi qiymətləndirib.
Baş verən axtarışla bağlı isə Federal Təhqiqat Bürosu heç bir şərh verməyib. Qeyd edək ki, 6 yanvar 2021-ci ildə Kapitoli basqınlarına görə D.Tramp tərəfdarlarının məhkəmə prosesi gedir
Ceyhun MİRZƏLİ