Keçmiş baş nazirdən oktyabrda aclıq xəbərdardığı

İngiltərənin keçmiş baş naziri Qordon Braun hokümətə aclıq və soyuqla bağlı xəbərdarlıq edib. Baki-xeber.com “Sky News”-a istinadən bildirir ki, leyborist Q.Braun mühafizəkarların siyasətini hədəf alıb. O, doğma şəhəri Fayfda gözləmədiyi yoxsulluqla üzləşdiyini qeyd edib və hökümətin vergi siyasətini də tənqid edib. Keçmiş baş nazir höküməti dərhal vergi sisteminə müdaxilə etməyə, müavinət sistemində islahatlar aparmağa çağırıb. Q.Braun hökümət təcili addımlar atmayacağı təqdirdə oktyabr ayında insanların qida və istilik proplemi ilə üzləşəcəyini xəbərdarlıq edib. İngiltərədə bir müddətdir ki, infilasiya gedir.
Ceyhun MİRZƏLİ