Çin Tayvan yaxınlığında yeni təlimlər keçirir

img

Tayvan ətrafında avqustun 7-də bitməli olan Çin təlimləri davam edir. Baki-xeber.com “BBC News”-a istinadən bildirir ki, Çin hərbi rəsmiləri  sualtı qayıqlara    və dəniz basqılarına qarşı təlimlər keçirildiyini bəyan edib.  Tayvan tərəfi Çin hava və su qüvvələrinin onun ərazilərinə daxil olmadığını bildirib. Qeyd edək ki, üç günlük təlimlər Nensi Polosinin adaya səfərinə cavab kimi qiymətləndirilirdi.

Ceyhun MİRZƏLİ

Peşə etikası

Son xəbərlər