Dmitri Medvedyev – “Gürcüstana qoşun yeritməkdə qəti tərəddüd etmədim”

img

Rusiyanın eks-prezidenti  Dimitri Medvedyev Gürcüstandakı səkkiz günlük müharibə ilə bağlı “TACC” agentliyə müsahibə verib. Müsahibə zamanı D.Medvedyev 2008-ci ildə Gürcüstana qoşunları göndərməklə bağlı heç bir tərəddüdünün olmamasını qeyd edib. Keçmiş prezident Abxaziya və Osetiya əhalisini qorumaq üçün oralara müdaxilə etmələrindən bəhs edib. O, həmçinin, Krım üçün də bunun keçərli olduğunu vurğulayıb. Eks-prezident  Krımın Rusiyaya birləşdirilməsini yeganə düzgün qərar kimi qiymətləndirib. D.Medvedyev NATO-nun da Rusiya sərhədi boyunca xərçəng şişi kimi genişləndiyini qeyd edib. D.Medvedyev Qərbin Gürcüstanda və Ukraynada apardığı siyasətin Rusiyanı məhv etmək məqsədi daşıdığını deyib.

Ceyhun MİRZƏLİ

Peşə etikası

Son xəbərlər