27/09/2023 06:11
728 x 90

Ərdoğan-Putin görüşü Qərbi narahat etdi - şirkətlərimizi Türkiyədən çıxara bilərik…

img

Prezident Rəcəb Tayyib Ərdoğanla Rusiya prezidenti Vladimir Putin arasında ötən həftə Soçidə baş tutan görüş Avropada ciddi narahatlığa səbəb olub. Britaniyanın “Financial Times” qəzeti bir səlahiyyətli şəxsin Avropa Birliyinə üzv ölkələrin Türkiyəyə qarşı sanksiyalarla bağlı hərəkətə keçə biləcəyini iddia etdiyini yazıb.

Qeyd edək ki, Prezident Ərdoğan və Rusiya prezidenti Putin Soçidə təxminən 4 saat davam edən görüş keçirib. Görüşdə Suriyada terrorla mübarizə, iki ölkə arasında əməkdaşlıq və Ukrayna məsələləri müzakirə edilsə də, Qərb bu görüşdən narahat olub. "Financial Times" qəzeti Ərdoğan-Putin görüşü ilə bağlı yazıb ki, Qərb hakimiyyətləri Türkiyə ilə Rusiya arasında iqtisadi əməkdaşlığın dərinləşməsindən getdikcə daha çox narahatdır.

Yüksək rütbəli qərb rəsmisi təklif edib ki, prezident Ərdoğan Rusiya qarşısında götürdüyü öhdəlikləri yerinə yetirərsə, onlar ölkələri şirkətlərini və banklarını Türkiyədən çıxmağa çağıra bilərlər.

Altı Qərb rəsmisi Türkiyənin Rusiya ilə ticarət platformasına çevrilməsindən narahat olduqlarını bildiriblər. Bir Qərb rəsmisi isə Türkiyəyə qarşı mümkün sanksiyaların Avropa İttifaqının parçalanmasına səbəb olacağını bildirib. O eyni zamanda bəzi AB-yə üzv ölkələrin Türkiyəyə qarşı addım ata biləcəyini də iddia edib. O, açıqlamalarında, "Məsələn, ticarətin maliyyələşdirilməsinə məhdudiyyət qoyulmasını istəyə bilər və ya böyük maliyyə şirkətlərindən türk şirkətlərinə maliyyələşdirmələrini azaltmalarını istəyə bilərlər" deyib.

Lakin bu bəyanatlar bəzi digər Qərb rəsmiləri tərəfindən rədd edilir və bunun yaxşı bir fikir olub-olmadığını şübhə altına alır.

"Bu cür neqativ hərəkətlərə qarşı yəqin ki, sərt mübarizə aparacaq çox mühüm iqtisadi maraqlar var. Türkiyə Rusiya ilə çox yaxınlaşarsa, heç bir mənfi addımı istisna etməyəcəyik" – başqa bir Avropa rəsmisi deyib.

Üç avropalı rəsmi isə Brüsseldə Türkiyə ilə bağlı hələlik heç bir rəsmi danışıqların keçirilmədiyi deyərək, Soçidəki müzakirələrin bütün təfərrüatlarının və nəticələrinin hələlik aydın olmadığını bildiriblər.

Tahir TAĞIYEV

Peşə etikası

Son xəbərlər