Çin Nensi Pelosiyə sanksiyalar tətbiq etdi

img

Qalmaqallı Tayvan səfərindən sonra Çin ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosiyə sanksiyalar tətbiq edib. Baki-xeber.com “Bloomberg”-ə istinadən bildirir ki, Çin Xarici İşlər Nazirliyi N.Poelosi ilə yanaşı onun ailə üzvlərinə də sanksiyalar tətbiq edəcəyini açıqlayıb. Lakin hələ ki, sanksiyaların nədən ibarət olduğu açıqlanmayıb.

Qeyd edək ki, N.Pelosi Çin cəzasıyla üzləşən ilk ABŞ yüksək rəsmisidir. Ötən  il ABŞ-ın keçmiş dövlət katibi Maykl Pompeo Tayvanı azad və suveren ərazi kimi tanımağa cağırsa da, mübahisəli adaya getməmişdi.

Ceyhun MİRZƏLİ

Peşə etikası

Son xəbərlər