Rusiyanın polad maqnatlarından olan Aleksandr Abramov Avstraliyanın xarici işlər naziri Penni Vonqanı məhkəməyə verib. Baki-xeber.com Avstraliyanın “9 news” kanalına istinadən bildirir ki, rusiyalı milyaerderin bu qərarına səbəb sanksiyaların olmasıdır Avstraliya höküməti 67 rus elita və oliqarxına qarşı sanksiya paketi qəbul edib. A.Abramovun vəkili Ron Merkel Federal məhkəmədə bildirib ki, sanksiyalar maqnatın nüfuzuna zərər vurub, davamlı maliyyə itkiləri ilə üzləşib. Vəkil analoji qadağaların heç bir dövlət tərəfindən A.Abramova tətbiq edilmədiyi üçün Avstraliya tərəfindən bu sanksiyaların götürülməsini istəyib.
Ceyhun MİRZƏLİ