Ukraynada 2000 məktəb, 530 mədəniyyət mərkəzi dağıdılıb

Ukrayna Müdafiə Nazirliyi cümə axşamı Rusiyanın vurduğu zərərin bir hissəsini açıqlayıb. Baki-xeber.com “The Jerusalem Post”- a istinadən bildirir ki, Müdafiə Nazirliyinn açıqlmasında 2129 təhsil müəssəsəsinin bombalandığı, onların 216-nın tamamilə dağılığı qeyd olunub. Həmçinin 25 uşaq və qocalar evinə zərər dəyib. Ukrayna tərəfi 530 mədəniyyyət mərkəzinin məhv edilməsinə görə Rusiyanı terrorçu dövlət adlandırıb.
Ceyhun MİRZƏLİ