Sanksiyalar rus oliqarxlarını çökdürür - 60 milyard dollar itki…

img

Fevralın 24-də Rusiyanın Ukraynaya hücumu və müharibənin başlamasına görə Qərb tərəfindən təcrid olunmuş Rusiya zənginləri böyük itkilər verməkdə davam edir.

Aktivləri müsadirə edilən və sanksiyaya məruz qalan rusiyalı iş adamları müharibədən sonra 60 milyard dollar itirib.

“Forbes” yazır ki, Bloomberg Milyarderlər İndeksinə daxil olan Rusiyanın ən zəngin milyarderi 31,6 milyard dollar sərvəti ilə metal istehsalçısı Norilsk Nicelin sahiblərindən Vladimir Potanin olub.

Qeyd olunur ki, dünyanın 500 ən varlı adamı siyahısında 38-ci olan Potanin ilin əvvəlindən sərvətini cəmi 691 milyon dollar artıra bilib.

Rusiyanın 10 ən zəngin milyarderi və onların reytinqdəki yeri belədir:

1. Vladimir Potanin (Norilsk Niceli), ümumi sərvəti: 31,6 milyard dollar, 2022-ci ilin əvvəlindən sərvət artımı 691 milyon dollar

2. Leonid Mixelson (Novatek): 26,7 milyard dollar, sərvətində azalma 5,73 milyard dollar

3. Vladimir Lisin (NLMK): 22,5 milyard dollar, ilin əvvəlindən sərvətdə azalma 5,50 milyard dollar

4. Aleksey Mordaşov (Severstal): 20,6 milyard dollar, ilin əvvəlindən zərəri 8,20 milyard dollar

5. Alişir Usmanov (Metalloinvest): 20,4 milyard dollar, ilin əvvəlindən zərəri 894 milyon dollar

6. Vahid Ələkbərov (“Lukoil”): 17,8 milyard dollar, ilin əvvəlindən itkisi 3,92 milyard dollar

7. Gennadi Timçenko (Novatek): 16,6 milyard dollar, ilin əvvəlindən itkisi 5,81 milyard dollar

8. Andrey Melniçenko: 15,9 milyard dollar, ilin əvvəlindən itkisi 1,54 milyard dollar

9. Viktor Vekselberq (Renova): 14,6 milyard dollar, ilin əvvəlindən itkisi 3,93 milyard dollar

10. Süleyman Kərimov: 13,4 milyard dollar, ilin əvvəlindən itkisi 1,83 milyard dollar olub.

Tahir TAĞIYEV

Peşə etikası

Son xəbərlər