Çin ABŞ-ı təhdid etdi – “Odla oynayan özünü yandırar”

img

ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi və onun nümayəndə heyətini daşıyan təyyarə Tayvanın paytaxtı Taybeyin Sonşan hava limanına enib. Bundan dərhal sonra Çin dövlət mediası Çin döyüş təyyarələrinin Tayvan boğazını keçdiyini açıqlayıb.

Beləliklə iki həftədir spekulyasiya edilən və ABŞ-la Çin arasında gərginliyə səbəb olan səfər baş tutub.

Pelosinin Tayvana səfəri ilə bağlı Çin Xarici İşlər Nazirliyi bəyanat yayaraq ABŞ-ı təhdid edib. "Bu davranış, odla oynamaq kimi, son dərəcə təhlükəlidir. Odla oynayan özünü yandırar”, - Çin XİN-in bəyanatında deyilir.

Tahir TAĞIYEV

Peşə etikası

Son xəbərlər