BMT-nin baş katibi Antonio Quterreş nüvə müharibəsi təhlükəsindən danışıb. Baki-Xeber.com “BBC News”-a istinadən bildirir ki, baş katib “soyuq müharibə”dən sonra bu təhlükənin ən yüksək həddə olduğunu deyib. A.Quterreş bu çıxışını Nüvə Silahlarının Yayılmaması Müqaviləsini imzalayan ölkələrin sammitində edib. Baş katib ölkələrin təkcə nüvə müharibəsindən qaçmaqla fəlakətdən qurtula bilməyəcəyini, bu silahın ləğvi istiqamətində addım atmalı olduqlarını da bəyan edib.
Ceyhun MİRZƏLİ