Putindən dünyaya gözdağı - səsdən doqquz dəfə sürətli yeni raketlər gəlir…

img

Rusiya prezidenti Vladimir Putin Rusiyada “Dəniz Donanması Günü” münasibəti ilə  Sankt-Peterburqda keçirilən paradda iştirak edib. Mərasimdə çıxış edən Putin “dünyada görünməmiş” adlandırdığı və səsdən doqquz dəfə sürətlə uça bilən raketlərin “Admiral Qorşkov” freqatına yüklənəcəyini açıqlayıb.

Rusiya lideri sözügedən raketlərin Rusiyanın maraqlarına uyğun bölgələrdə yerləşdiriləcəyini bildirib. Rusiya donanmasının inkişafı ilə bağlı yeni fərman imzaladığını xatırladan Rusiya lideri Putin strateji sualtı qayıqları və döyüş gəmilərini “Zirkon” kimi səsdən sürətli raketlərlə təchiz etməyə davam etdiklərini bildirib.

Qeyd edək ki, Rusiya donanmasının paradında 40-dan çox hərbi gəmi, kater və sualtı qayıq, 42 təyyarə və 3500 donanma əsgəri iştirak edib. Rusiya prezidenti Vladimir Putin və onu müşayiət edənlər üzərində Rusiya dövlət gerbi olan 001 nömrəli qayıqla donanma gəmilərinin yanından keçiblər.

Mərasimlə bağlı açıqlama verən Rusiya Müdafiə Nazirliyi, “Poseydon” adlı pilotsuz nüvə sualtı vasitələrinin daşıyıcısı olan “Belqorod” nüvə sualtı qayığının da bu il mərasimlərdə iştirak etdiyini açıqlayıb.

Tahir TAĞIYEV

Peşə etikası

Son xəbərlər