Çin dövlət başçısı Si Cinpinlə ABŞ prezidenti Co Bayden arasında telefon danışığı olub. Baki-xeber.com “Associated Press”-ə istinadən bildirir ki, liderlər iqtisadi, texnoloji məsələlər barədə müzakirə aparıblar. ABŞ prezidenti C.Bayden rəsmi Pekinə Tayvanın daxili işlərinə qarışmamaq barədə xəbərdarlıq edib. Lakin bu məsələdə xüsusi bir irəliləyiş hələ ki, yoxdu. Dövlət başçıları noyabr ayında İndoneziyada “Böyük İyirmilərin” sammitində görüşməyi də planlaşdırıblar.
Ceyhun Mirzəli