Qərb mənbələrinin bildirməsinə görə, Ukrayna işğal olunmuş Xerson vilayətini geri qaytarmaq üçün əks-hücumunu gücləndirir. Baki-xeber.com “BBC NEWS”-a istinadən bildirir ki, Xersona daxil olan əsas körpü fəaliyyətini dayandırıb. Buna səbəb ABŞ-ın Ukrayna silahlı qüvvələrinə verdiyi uzaqmənzilli raketlərin oranı vurması olub.
Böyük Britaniya müdafiə rəsmiləri bildirirlər ki, Xersonun digər işğal edilmiş ərazilərlə əlaqəsi kəsilib. Dnepr çayının qərb sahilində yerləşən strateji şəhər müharibənin başlanğıcında rusların nəzarətinə keçmişdi. Ukrayna qüvvələri çərşənbə günü Xerson Antoninovski körpüsünü Himrass raket sistemilə məhv ediblər.
Hazırda Moskva çayın qərb sahilindəki qüvvələrini yenidən təchiz etməlidir. İndi Rusiya qüvvələri təcrid olunmuş vəziyyətdədir.
Ceyhun MİRZƏLİ