Şimali Koreyanın dövlət başçısı ABŞ-a və Cənubi Koreyaya növbəti dəfə xəbərdarlıq edib. Baki-xeber.com “Aljazeera”- ya istinadən bildirir ki, ölkəsinin “Qələbə” günündə Kim Çen İn Şimali Koreyanın ABŞ-ın təhlükə yaratması fonunda öz müdafiəsini gücləndirəcəyi mesajını verib. “Silahlı qüvvələrimiz istənilən böhrana cavab verməyə, xalqımız nüvə müharibəsindən çəkindirmək üçün dəqiq və operativ gücünü nümayiş etdirməyə hazırdır”- Şimali Koreya lideri dövlət kanalına açıqlamasında bildirib. Qeyd edək ki, Cənubi Koreya Şimalın nüvə sınaqları həyata keçirəcəyi təqdirdə daha böyük sanksiyalarla üzləşəcəyinin mesajını verib.
Ceyhun Mirzəli