Türkiyə Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 76-cı sədri, Maldiv adalarının xarici işlər naziri Abdulla Şahidin Ermənistana səfəri çərçivəsində qondarma “soyqırımı” abidəsini ziyarət etməsinə sərt reaksiya verib.
Türkiyə Xarici İşlər Nazirliyinin bununla bağlı yaydığı bəyanatda bildirilir ki, tarixi faktları və beynəlxalq hüququ siyasi manipulyasiya yolu ilə saxtalaşdırma cəhdlərini qınayır və rədd edirik.
“BMT-nin 76-cı Baş Assambleyasının sədri və Maldiv xarici işlər naziri Abdulla Şahidin Ermənistana səfərinin birtərəfli erməni tezisləri üçün alət olduğu və bu kontekstdə qondarma “soyqırım abidəsini” ziyarət etməsi anlaşılmaqdadır. BMT Baş Assambleyasına sədrlik kimi ədalətli və qərəzsiz bir vəzifəni üzərinə götürmüş adıçəkilən şəxs daha diqqətli və məsuliyyətli davranmalı idi.
BMT-nin səlahiyyətli orqanlarını təmsil edən şəxslər BMT mükəmməlliyinə, beynəlxalq hüquq norma və qaydalarına, xüsusən də BMT-nin 1948-ci il “Soyqırımın qarşısının alınması və cəzalandırılmasına dair Konvensiya”sına uyğun hərəkət etməlidirlər.
Tarixi faktların və beynəlxalq hüququn siyasi manipulyasiya yolu ilə saxtalaşdırılması cəhdlərini qınayır və rədd edilik. Türkiyə bu fikirdədir ki, 1915-ci il hadisələri ilə bağlı faktlar tam, ədalətli və dürüst bir çərçivədə müzakirə edilməlidir” – nazirliyin bəyanatında deyilir.
Tahir TAĞIYEV