Rusiya ilə Ukrayna arasında müharibə 5 aydır davam edir. Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) Ukraynanın Rusiya döyüş təyyarələrini qaçırmağa cəhd etdiyini, lakin insidentin qarşısının alındığını açıqlayıb.
“Federal Təhlükəsizlik Xidməti NATO xüsusi xidmət orqanlarının nəzarəti altında Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin Rusiya Aerokosmik Qüvvələrinə məxsus döyüş təyyarələrinin qaçırılması üzrə həyata keçirdiyi əməliyyat ortaya çıxarılıb və qarşısı alınıb”, - FSB-nin bəyanatında deyilir.
Qeyd edilir ki, “ölkələrinin siyasi rəhbərliyi adından çıxış edən Ukrayna hərbi kəşfiyyatçıları pul və Aİ vətəndaşlığı verəcəyi vədləri ilə Rusiya hərbi pilotlarını Ukrayna Silahlı Qüvvələrinin nəzarətində olan hava limanlarına uçmağa razı salmağa çalışıblar.
Açıqlamada bildirilir ki, əməliyyat zamanı Rusiya əks-kəşfiyyatı Rusiya silahlı qüvvələrinə Ukraynanın bəzi hərbi məntəqələrinə hücum etməyə kömək edəcək məlumatlar əldə edib.
Tahir TAĞIYEV