Almaniya kansleri Olaf Şolts və həyat yoldaşı Britta Ernstin Potsdamdakı evlərinin yaxınlığındakı zibillikdən G7 sammitinə aid sənədlər tapılıb.
Qeyd edilir ki, kanslerin qonşuları evlərinin yaxınlığındakı zibil qutusundan içində G7 sammitinə aid çıxış mətnlərinin də olduğu iddia edilən sənədlər tapıblar. Bu sənədlərin əksəriyyəti “dövlət sirri” sayılır.
“Spiegel”in məlumatına görə, arasında həssas sənədlərin də olduğu zibillər, Bavariyada keçirilən G7 sammitindən sonra ortaya çıxıb.
Zibil qutusunda dövlət və hökumət başçılarının fotoşəkilləri və “qısa profilləri” olan sənədlər tapılıb. Bundan əlavə, Xarici işlər Nazirliyi tərəfindən "məxfi məlumat - yalnız rəsmi istifadə üçün" kimi təsnif edilən bir sənəd də zibillər arasında olub.
Sənədlərdə Ernstin maraqlanmaqda məsul olduğu dövlət başçılarının həyat yoldaşları və tərəfdaşları haqqında konkret məlumatlar var. Məsələn, İtaliyanın bir müddət əvvəl istefa vermiş baş naziri Mario Draqinin həyat yoldaşı Maria Kappelonun fotosunun altındakı qeyddə “ictimaiyyətdən qaçır” yazılıb. Yaponiya baş nazirinin həyat yoldaşı Yuko Kişidanın fotosu üzərində isə “Mazda-da katib” qeydi yazılıb.
Brandenburq əyalətində təhsil naziri olan 61 yaşlı Ernst tərəfindən məxfi sənədlərin mütəmadi olaraq zibilə atıldığı bildirilir. Şolts və Ernstin qonşuları bu cür sənədlərə ilk dəfə ötən ilin noyabrında rast gəldiklərini bildiriblər. Zibil toplama otağında yerə səpələnmiş kağızların arasından bir neçə gün əvvəl Ernst çıxışının qaralama variantı da tapılıb. Zibil qutusunda tapılan başqa bir sənəd onun 2021-ci ilin sentyabrında keçiriləcək federal seçki günündə necə geyinməyi planlaşdırdığını göstərir. Ernst həmçinin, təkrar emal qaydalarını pozub və kağız tullantılarını məişət tullantıları ilə qarışdırıb.
Bu cür sənədlərin zibil qutusuna atılmaması siyasətdəki sərt qaydalardan biridir.
“Spiegel” kansleri Olaf Şoltsa etiraz edərək yazır: "Əgər qonşular tapa bilirsə, agentlər də tapa bilər".
Məsələ ilə bağlı hökumət rəsmilərindən heç bir rəsmi açıqlama verilməyib.
Tahir TAĞIYEV