Avropa Parlamentinin fransalı deputatı Gilles Lebreton bəyan edib ki, Türkiyə vasitəçiliyi ilə Ukrayna taxılının ixracında Fransanı “üstələyir”.
Twitter-də milyonlarla ton taxılın Ukraynadan çıxarılması ilə bağlı Türkiyənin vasitəçiliyi ilə Rusiya ilə Ukrayna arasında imzalanan xəbəri paylaşan Lebreton razılaşmanın Afrikada aclığın qarşısının alınmasına imkan yaradacağını ifadə edib: "Təəssüf ki, BMT ilə məsələni müzakirə edən Makron deyil, Ərdoğan oldu. Türkiyə Fransadan üstələdi" ifadələrini işlədib.
Ukraynada aylardır blokadada olan taxılın ixracı üçün iyulun 22-də İstanbulda Türkiyə, Rusiya, Ukrayna və BMT arasında “Ukrayna Limanlarından Taxıl və Ərzaq Məhsullarının Təhlükəsiz Daşınması Təşəbbüsü Sənədi” imzalanıb.
Tahir TAĞIYEV