Avropa İttifaqı Rusiyadan qaz alışını azaltmağı təklif etsə də, Macarıstanın baş naziri Moskvaya səfər edib. Baki-xeber.com “Euronews” a istinadən bildirir ki, Macarıstan Rusiyadan bir milyard kubmetrə yaxın qaz almaq istəyir. “Mövcud vəziyyətdə bizim üçün ən vacib olan Macarıstanın enerji təhlükəsizliyini bərpa etməkdi” - ölkənin xarici işlər naziri Peter Szijarto Moskvadakı mətbuat konfransında belə deyib. Həmçinin nazir Rusiyadan gələn qazın həcmini artırmaq üçün Moskva ilə razılaşmağa gəldiyini söyləyib.
Ceyhun MİRZƏLİ