ABŞ Nümayəndələr Palatasının rəhbəri Nensi Pelosinin gələn ay Tayvana səfər edəcəyi gözlənir. Baki-xeber.com “United Press İnternational”- a istinadən bildirir ki N.Polosi keçirdiyi mətbuat konfransında təyarəsinin çinlilər tərəfindən vurula biləcəyinə işarə edib. N.Polosi bununla Pentaqonun da xəbərdarlığını dolayı yolla bildirib. O, “Mən heç vaxt səyahət planlarımı müzakirə etmirəm” deyə jurnalistlərə açıqlamasında bildirib. Çıxış vaxtı Palata rəhbəri bunun təhlükəsizlik məsələsi olduğunu deyib. Qeyd edək ki, rəsmi Pekin bu səfərin ABŞ-Çin münasibətlərini daha da gərginləşdirəcəyilə bağlı xəbərdarlıq edib.
Ceyhun MİRZƏLİ