Rəsmi Tokio Rusiyanın Ukraynaya təcavüzünün mənfi presedent yarada biləcəyini elan edib. Baki-xeber.com “Aljazeera”-yə istinadən bildirir ki, Yaponiya Müdafiə Nazirliyi illk xərc hesabatınnı açıqlayarkən Rusiyanın yeni təhdidlərindən təşvişə düşdüyünü bəyan edib. Nazirlik, həmçinin, Tayvanla bağlı da narahatlığını bildrilib. Yaponiya Silahlı Qüvvələri açıqladığı sənəddə yeni zərbə raketlərinin əldə edilməsinin vacibliyindən də bəhs edib. Yaponiya Müdafiə Nazirliyi Rusiyanın Çinlə münasibətlərinin dərinləşdirilməsini rəsmi Tokio üçün təhdid kimi qiymətləndirib. Xatlrladaq ki, Rusiya ilə proplemləri olan Yaponiya bu ölkəyə qarşı tətbiq edilən sanksiyaları mütəmadi dəstəkləyir.
Ceyhun MİRZƏLİ