ABŞ kəşfiyyatının başçısı Üilyam Börns Pekinin Rusiyanın Ukraynadakı müharibəsi fonunda istənilən işğal qərarını yenidən nəzərdən keçirməli olduğunu bəyan edib. Baki-xeber. com “Aljazeera”-ya istinadən bildirir ki MKİ rəhbəri çərşənbə günündəki açıqlamasında bu barədə danışıb. U.Börnsün fikrincə, Pekin Tayvanda hərbi gücündən istifadə etmək istəyir. Lakin Rusiyanın Ukraynadakı təcrübəsi Pekinin işğalı necə planlaşdırmasına təsir edir.
Qeyd edək ki Pekin 1948-ci ildən Tayvan adası üzərində nəzarətini itirdiyini iddia edir. Çin hakimiyyəti istənilən yolla bu adaya nəzarəti ələ almağı hədəfləyir.
Ceyhun MİRZƏLİ