“Amazon” saxta rəylər yazan 10 mindən çox facebook qrupu idarəçisinə qarşı məhkəmə iddiası qaldırıb. Baki-xeber.com “Sky News”-a istinadən bildirir ki, bu qruplar ABŞ, Böyük Britaniya, Fransa, İtaliya, İspaniya və Yaponiyada Amazonun onlayn mağazalarına aldadıcı, həvənləndirici rəylər yazmaq istəyənləri işə cəlb ediblər.
Bu saxta rəylər məhsulun daha çox satılması üçün yazılıb. Bu işi görən qruplardan biri üzvləri 43 minə çatıb ləğv olunan “Amazon Product Review” qrupudur.
Ceyhun MİRZƏLİ