Yaxın Şərqə səyahəti fonunda Co Bayden Səudiyyə Ərəbistanındakı mübahisəli sammitə qatılacaq. Baki-xeber.com “BBC NEWS”-a istinadən bildirir ki, bundan öncə ABŞ prezidenti İordan çayının qərb sahilində Fələstin liderləri ilə görüş keçirəcək. Onun Mahmud Abbasla görüşünün gərgin keçəcəyi gözlənilir.
Co Bayden həm vəliəhd şahzadə Məhəmməd bin Salman, həm də onun atası Kral Salmanla görüşəcək. Qeyd edək ki, 2018-ci ildə Camal Qaşıqçı öldürülən zaman C.Bayden Səudiyyə Ərəbistanı ilə bağlı addım atacağına söz vermişdi.
Ceyhun MİRZƏLİ