İqtisadi böhran səbəbilə kütləvi etirazlardan sonra istefa verən Şri Lanka prezidenti Qotabaya Racabaksadan sonra bu ölkənin baş naziri Ranil Vikremsinqe müvəqqəti dövlət başçısı olacaq. Baki-xeber.com “Associated Press”-ə istinadən bildirir ki R.Vikremsinqe parlamentdə and içib.
Şri Lanka parlamentinin spikeri də qanunvericilik orqanının yeni başçısının şənbə günü seçiləcəyini elan edib. Spiker həmçinin deyib ki, onların seçimi keçmiş prezidentin 2024-cü ildə bitəcək səlahiyyət müddətinin qalan hissəsinə xidmət edəcək.
Ceyhun MİRZƏLİ