ABŞ prezidenti Co Bayden və İsrailin baş naziri Yair Lapid İranın nüvə proqramına qarşı birgə sənəd imzalamağa hazırlaşır. Baki-xeber. com “Al-Jazeera”yə istinadən məlumat verir ki, razılaşmanın C.Baydenin Yaxın Şərq səyahətinin ikinci günündə elan ediləcəyi gözlənilir. Bəyannamədə, həmçinin, Vaşiqtonun İsrailə hərbi yardımı davam etdircəyi də əks olunacaq. Qeyd edək ki 2016-ci ildə tərəflər 38 milyardlıq rekord məbləğdə yardım paketinə imza atıb.
Ceyhun MİRZƏLİ