ABŞ kəşfiyyat orqanı MKİ-nin keçmiş işçisi Josua Schulte “Wikilekas”ə çoxlu məlumatlar sızdırmaqla ittiham olunur. Bakı-xeber. com “BBC NEWS”-a istinadən bildirir ki, təqsirli şəxs özünü günahkar bilmir. Keçmiş kəşfiyyatçının sayəsində 2017-ci ildə 8761 sənəd sızdırılıb. Bununla kəşfiyyatçıların smartfonları sındırılaraq onlar dinlənilib. Josua Schultenin məlumatları sızdırması ABŞ kəşfiyyatına dağıdıcı zərbə vurmaq kimi qiymətləndirilir. Manhettendə ittiham olunan keçmiş kəşfiyyatçını on illərlə həbs gözləyir.
Ceyhun MİRZƏLİ