Rusiyanın Ukraynanın mərkəzində yerləşən Vinnitsa şəhərini raket atəşinə tutması nəticəsində 3-ü uşaq olmaqla azı 20 nəfər ölüb.
Bu barədə məlumat yayan Ukrayna Baş Prokurorluğu hadisə nəticəsində 100-ə yaxın sakinin yaralandığını açıqlayıb.
Məlumata görə, Rusiya ordusu Vinnitsa şəhərinin mərkəzinə 3 raket atıb. Ukrayna Hərbi Hava Qüvvələrinin sözçüsü Yuri İqnat isə bildirib ki, Vinnitsa şəhəri Rusiyanın Qara dənizdə yerləşən sualtı qayıqdan atılan “Kalibr” qanadlı raketi ilə vurulub.