İstanbulda Türkiyə, Ukrayna, Rusiya hərbçilərindən ibarət nümayəndə heyətlərinin Ukrayna limanlarında qalan taxıl ehtiyatlarının dəniz yolu ilə təhlükəsiz nəqli məsələlərinin müzakirə olunduğu görüş başlayıb.
Trend-in məlumatına görə, görüş bağlı qapılar arxasında keçirilir.
Üçtərəfli görüşün gündəliyi barədə məlumat verilməyib. Görüşün yekunu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin bəyanatı gözlənilir.
Qeyd edək ki, Ukrayna taxılının nəqli məsələsi ilə bağlı üçtərəfli görüşün keçiriləcəyini ötən gün Türkiyənin milli müdafiə naziri Hulusi Akar elan etmişdi.