İran ABŞ administrasiyasının Ukrayna müharibəsində istifadə etmək üçün Rusiyaya yüzlərlə pilotsuz uçuş aparatı (PUA) göndərəcəyi ilə bağlı iddiasına cavab verib.
İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani bildirib ki, Tehranın Ukraynadakı müharibə ilə bağlı mövqeyi aydındır və bu mövqeyini dəfələrlə rəsmi şəkildə bəyan edib.
ABŞ-ın İran silahlarının Ukraynadakı müharibədə istifadə edilmək üçün Rusiyaya göndəriləcəyi iddiasına gəlincə Kənani deyib: “İran və Rusiya arasında yeni texnologiyalar sahəsində əməkdaşlıq Ukrayna müharibəsindən əvvələ dayanır və son vaxtlar bununla bağlı yeni bir şey yoxdur".
ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Cek Sullivan İranın Ukrayna müharibəsində istifadə edilmək üçün silahlı da daxil olmaqla yüzlərlə pilotsuz uçuş aparatını tezliklə Moskvaya göndərəcəyinə dair kəşfiyyat məlumatlarına malik olduğunu və rus əsgərlərinə pilotsuz uçan aparatlarla bağlı təlim keçəcəyini bildirmişdi.
Tahir TAĞIYEV