Avropa İttifaqına (Aİ) üzv dövlətlər Rusiyaya qarşı sanksiyaları davam etdirir. Aİ Komissiyasının ədliyyə komissarı Didye Reynders Aİ-yə üzv ölkələrin ədliyyə nazirlərinin Çexiyanın paytaxtı Praqada keçirilən qeyri-rəsmi toplantısından sonra jurnalistlərə açıqlama verib.
Reynders Rusiyanın Ukraynaya hücumlarının başlamasından bu yana Avropa İttifaqına üzv ölkələrin ümumilikdə 13,8 milyard avroluq Rusiya varlıqlarını dondurduqlarını ifadə edib: “Hazırda oliqarxlardan və digər təşkilatlardan gələn 13,8 milyard avroluq vəsaiti dondurduq ki, bu da kifayət qədər böyükdür".
Bu aktivlərin dondurulmalarının çoxunun 27 AB üzv dövlətindən 5-i tərəfindən edildiyini ifadə edən Reynards deyib ki, bunun 12 milyarddan çox hissəsi 5 üzv ölkənin payına düşür.
Aİ-nin digər üzv dövlətlərini Rusiya aktivlərinin dondurulması istiqamətində addımlar atmağa çağıran Reynders bildirib ki, hazırda 98 təşkilat və Rusiya prezidenti Vladimir Putin də daxil olmaqla təxminən 1160 nəfər sanksiya siyahısını daxil edilərək vəsaitləri dondurulub.
Bildirilib ki, dondurulmuş aktivlərin məbləği bank hesablarında saxlanılan nağd pul vəsaitləri, həbs qoyulan yaxtalar və əmlakların təxmini dəyərini əhatə edir. Sözügedən dondurulmuş aktivlərə Aİ Komissiyasının keçən may ayında dondurduğu Rusiya Mərkəzi Bankına məxsus 24 milyard avroluq aktivlər daxil deyil.
Tahir TAĞIYEV