Kreml rəsmiləri Rusiya prezidenti Vladimir Putinə “Prezident” titulunu Qərb termini saydıqları üçün yeni təkliflər irəli sürüblər.
Səlahiyyətlilərin ilk təklifi hazırkı “Prezident” titulunun əvəzinə ölkənin “hökmdarı” ifadəsini işlətməkdir. Liberal Demokrat Partiyası (LDPR) Putinin statusuna və roluna daha uyğun olduğu üçün rusca "Pravitel" titulundan istifadə etməyi təklif edib. Liberal Demokrat Partiyası iddia edir ki, Putinin “Prezident” titulu əslində ilk dəfə 18-ci əsrdə ABŞ-da yaranıb.
Qeyd edək ki, Rusiyada “Prezident” termini yalnız Sovet İttifaqının sonlarına doğru, Mixail Qorbaçovun prezident kimi tanınması zamanı ortaya çıxıb. O vaxta qədər SSRİ rəhbərləri Kommunist Partiyasının rəhbəri və ya baş katib kimi tanınırdılar.
Tahir TAĞIYEV