Ukraynaya hücumlarını davam etdirən Rusiya tutduğu şəhərlərdə öz təhsil sistemini qurur. Rusiya təhsil sisteminin Xerson, Zaporojya və Mariupol şəhərlərində tətbiq ediləcəyi açıqlanıb.
Rusiyanın təhsil naziri Sergey Kravtsov dünın Ukraynanın ələ keçirilən Zaporojye vilayətinin Melitopol şəhərinə səfər edərək açıqlamalar verib.
Kravtsov Ukraynada Rusiyanın ələ keçirdiyi şəhərlərdə şagirdlərin rus təhsil sistemi ilə təhsil alacağını, ukraynalı tələbələrin Ukrayna dilində də təhsil ala biləcəyini söyləyib. “Ukrayna dilini heç kim qadağan etmir. Ukrayna dili əsas dil olaraq qalır. Ukrayna dilində təhsil almaq istəyən uşaqlar üçün müəyyən saatlar müəyyən ediləcək. Biz bunu əvvəllər dəfələrlə demişik. Qardaş xalqlar arasında çoxlu ümumi dillər var. Bizim kökümüz eynidir. Ukrayna dili çox zəngin bir dildir. Ona görə də bunu qəti şəkildə qadağan etmək olmaz”, - deyə o bildirib.
Tutulan şəhərlərdə təhsilini davam etdirən tələbələrin Rusiya diplomu alacağını bildirən Kravtsov deyib ki, sözügedən bölgələrdəki məktəb və kolleclərdə Rusiya dövlətinin diplomları veriləcək.
Tahir TAĞIYEV