Rusiyanın Ukraynada başladığı hərbi əməliyyatla NATO ilə Moskva arasında gərginlik Avropanın şimalına da sıçradı. Fevralın 24-də əməliyyatlar başlayan kimi şərq cinahına minlərlə əsgər toplayan ittifaq, iki Skandinaviya ölkəsi İsveç və Finlandiyanın üzvlük müraciətini rəsmən qəbul etdi.
Digər tərəfdən iyun ayında ən mühüm hadisə Kalininqrad böhranının baş verməsi oldu. Keçmiş Sovet respublikası olan Litva Aİ sanksiyaları çərçivəsində Avropada Rusiya ərazisi olan Kalininqrada gedən qatarların hərəkətini məhdudlaşdırdı.
Moskva Baltik körfəzinin alov topuna çevrilməsinə səbəb olan addımı sərt reaksiya verdi və Litvanı müharibə ilə hədələyən Kreml tədbirlər görəcəyini açıqladı. Ardınca Rusiya ordusunun Ukraynadan sonra Putinin Avropadakı yeganə müttəfiqi Belarusla Kalininqrad arasında yerləşən Suvalki dəhlizinə hücum edəcəyi xəbərləri yayıldı.
Rusiyanın materikdən ayrı ərazisi olan Kalininqrad uzun müddətdir ki, Kremlin Baltik dənizində “batmaz təyyarə gəmisi” adlandırılır. Kalininqrad Rusiya üçün həm strateji, həm də hərbi baxımdan mühüm əhəmiyyət kəsb edir.
İyunun sonunda NATO-nun tarixi sammitində Rusiya bir nömrəli təhlükə elan edildikdən bir neçə gün sonra isə Putin çox təhlükəli daha addım atdı. Putin ölümcül hipersonik raketlərlə yüklənmiş “Admiral Qorşkov” hərbi gəmisini NATO üzvü Norveç sahillərinə göndərib. NATO-nu ayağa qaldıran “Admiral Qorşkov”un qarşısı alyans və Norveç döyüş gəmiləri tərəfindən alınıb.
“Admiral Qorşkov”un Norveç dənizindən keçərək Baltik dənizinə, daha sonra isə Sankt-Peterburqda lövbər salacağı gözlənilir.
Norveç sahillərində görünən gəmi mayın 28-də Barents dənizində hipersonik “Zirkon” raketini sınaqdan keçirmişdi. Putinin "alternativsiz" adlandırdığı "Zirkon" səs sürətindən beş qat sürətli və 6200 kilometr sürətlə 400 kiloqram döyüş başlığı daşıya bilir. Rus ordusu tərəfindən dəfələrlə sınaqdan keçirilən "Zirkon", hədəfə doğru hərəkət edərkən ətrafında əmələ gətirdiyi plazma buludu sayəsində radarlar tərəfindən aşkarlana bilmir.
İngilis mediası "Admiral Qorşkov" gəmisinin Norveç sahillərinə yaxınlaşması xəbərini "Üçüncü Dünya Müharibəsi qorxusu başlayarkən rus döyüş gəmisi Norveçdə dayandırıldı" başlığı ilə yayıb.
Qeyd edək ki, Rusiyanın istənilən NATO ölkəsinə hücumu alyansın 5-ci maddəsini işə salacaq və bu Üçüncü Dünya Müharibəsinə səbəb olacaq. Hazırda NATO “soyuq müharibədən” bəri ən yüksək hazırlıq səviyyəsindədir. İspaniyanın paytaxtı Madriddə keçirilən NATO sammitində alyansın şərqindəki ölkələrdəki döyüş qüvvələrinin sayının 40 mindən 300 minə çatdırılması qərara alınıb.
Qeyd edək ki, Vladimir Putinin yaxın müttəfiqi Andrey Qurulyov iyunun sonunda iştirak etdiyi televiziya proqramında Baltikyanı ölkələri işğal etməli olduqlarını deyib. Rusiya parlamentinin müdafiə komitəsinin üzvü, general-leytenant Qurulyov birinci hava əməliyyatı zamanı düşmənin bütün kosmik peyklərinin məhv ediləcəyini deyib: "Onların amerikalı və ya ingilis olması heç kəsi maraqlandırmayacaq, biz onların hamısını NATO kimi görürük. İkincisi, biz bütün raket əleyhinə müdafiə sistemini zərərsizləşdirəcəyik. Üçüncüsü, biz əlbəttə ki, Varşavadan, Parisdən və ya Berlindən başlamayacağıq. İlk vurulacaq yer London olacaq. Dünyaya qarşı təhlükənin anqlo-saksonlardan gəldiyi hər kəsə aydındır”.
Tahir TAĞIYEV