40 nazirin istefasından sonra vəzifəsindən imtina edən Boris Conson varisi seçilənədək vəzifəsində qalacaq. Baki-xeber.com “EuroNews”a istinadən bildirir ki, baş nazirliyə bir neçə şanslı namizəd var.
İstefa verən şəxslərdən biri olan keçmiş maliyyə naziri Sunak yeni baş nazir ola bilər. O, Mühafizəkarlar partiyasının aparıcı fiqurlarından olub. Pakistanlı mühacir, investetiya bankiri Sajid Cavid də şanslı namizədlər içərisində yer alır. S.Cavid 2016 və 2019-cu illərdə Mühafizəkalar partiyasının liderliyinə iddialı olub.
Britaniyanın xarici işlər naziri Lizi Truss da mütəmadi olaraq baş nazirlik iddilarını ortaya qoyan şəxsdi. O 2016-cı ilin referendumunda Brexitin tərəfdarlarından biri olub.
Ceyhun MİRZƏLİ