Böyük Britaniya hökuməti böhranı davam edir. Nazirlərin kütləvi istefasından sonra Britaniya baş naziri Boris Conson da vəzifədən istefa verib. O jurnalistlərin qarşısına çıxaraq istefa verdiyini bəyan edib.
Partiya lierliyindən də istefa verdiyini açıqlayan Conson yeni hökumət başçısı təyin olunana qədər vəzifə səlahiyyətlərini icra edəcəyini bildirib.
Britaniyanın baş naziri Conson 50-yə yaxın hökumət rəsmisinin istefa verməsindən sonra istefaya getməsi üçün böyük təzyiq altında idi.
TAHİR